Mekanlar | |
---|---|
Sayları və yaşadığı ərazilər | |
Dili | Meen dili |
İrqi | neqroid |
![]() |
Mekanlar və ya Meenlər – Efiopiyanın cənub-qərbində yaşayan etnik azlıq. 1998-ci ildə aparılmış sorğuya əsasən Efiopiyada 56.585 mekan yaşayır.
Xalqın danışdığı dil Nilo-Saxara dil ailəsinin Surmi qoluna daxil olan Meen dilidir. İki əsas xalqdan ibarətdir: dağlıq bölgədə yaşayan Tişana xalqı (aqrikulturalistdirlər) və düzənlikdə yaşayan Bodi xalqı (köçəri həyat tərzi keçirirlər).