Menyu | |
---|---|
ing. The Menu | |
Janr | triller filmi, Qara yumor |
Rejissor | Mark Mylod |
Prodüserlər |
Adam McKay |
Ssenari müəllifi |
Seth Reiss Will Tracy |
Baş rollarda |
Ralph Fiennes |
Operator |
|
Bəstəkar |
|
Montajçı | Kristofer Tellefsen[d] |
İstehsalçılar | Hyperobject Industries[d], Gary Sanchez Productions[d], TSG Entertainment[d] |
Studiya |
Hyperobject Industries |
Distribütor | Searchlight Pictures[d], Disney+ |
İlk baxış tarixi |
10 sentyabr 2022 (TIFF) 18 noyabr 2022 (ABŞ) |
Müddət | 106 dəqiqə |
Büdcə | $30 milyon |
Gəlir | $78,2 milyon |
Ölkə | ABŞ |
Dil | İngilis |
Rəng | rəngli[d] |
Çəkiliş yeri | Savanna[d] |
IMDb | ID9764362 |
Menyu[1] (ing. The Menu) – Mark Mylod tərəfindən idarə olunan və 2022-ci ildə buraxılan Amerika qara komediya trilleridir. Film Set Reiss və Will Tracy-nin ssenarisi əsasında çəkilmişdir. Ralph Fiennes məşhur aşpaz və Hong Chau baş ofisiant, Anya Taylor-Joy, Nicholas Hoult, Janet McTeer, Reed Birney, Judith Light və John Leguizamo isə elit restoranın müştəriləri rolunu canlandırıblar. "Menyu"-nun ilk nümayişi 10 sentyabr 2022-ci ildə Toronto Beynəlxalq Film Festivalında baş tutdu və daha sonra ABŞ-da 18 noyabr 2022-ci ildə "Searchlight Pictures" tərəfindən nümayiş olundu. Film üçün xərclənən büdcə 30 milyon dollar tutub. Film 76 milyon dollardan çox gəlir əldə edib və izləyiciləri tərəfindən bəyənilib.
Film 80-ci Qızıl Qlobus Mükafatlarında iki nominasiya, o cümlədən Ən Yaxşı Aktyor - Komediya və ya Musiqili (Fiennes) və Ən Yaxşı Aktrisa - Komediya və ya Musiqili (Taylor-Coy) nominasiyasını qazanıb.