Merina | |
---|---|
Sayları və yaşadığı ərazilər | |
Dili | Malaqasi dili |
Dini | Xristianlıq və ənənəvi din |
![]() |
Merina (həmçinin Imerina, Antimerina və ya Hova) — Madaqaskarda sayına görə ən böyük etnik qrup.[1][2] Merinalar ölkənin on səkkiz rəsmi etnik qrupundan biridir.[3][4] Onların mənşəyi əsasən eramızın V əsrindən əvvəl gələn Malaylar və yüzillər sonra gələn ərəblər, afrikalılar və digər etnik qrupların qarışığıdır.[5] Merinalar Madaqaskarın rəsmi Malagasi dilinin Merina ləhcəsində danışırlar.[5]
Merina xalqı ən çox adanın mərkəzində rast gəlinir. 18-ci əsrin sonlarından başlayaraq Merina suverenləri, nəzarət altındakı siyasi bölgəni daxili paytaxtlarından, adalara doğru genişləndirdilrə. Kral I Radamanın dövründə bütün ada onların hakimiyyəti altında birləşdi. Fransızlar 1883-1885-ci illərdə Merina xalqı ilə iki müharibə etdi. Fransızlar 1895-ci ildə Madaqaskarı işğal edərək 1895-96-cı illərdə müstəmləkəyə çevirdilər və 1897-ci ildə Merina monarxiyasını ləğv etdilər.[5]
Merina xalqı iyerarxik kastalarla, miras qalmış peşələr və endogamiya ilə sosial təbəqələşmişdir.[6] Merina xalqının əsas və uzun müddət xidmət edən monarxlarından biri və ya ikisi kraliçalar idi.[7]