Meroe | |
---|---|
16°56′06″ şm. e. 33°45′02″ ş. u.HGYO | |
Yer | Nil çayı, Sudan |
Region | Kuş |
Tip | Yaşayış məntəqəsi |
Yer qeydləri | |
Rəsmi adı: Archaeological Sites of the Island of Meroe | |
Tipi | Mədəni |
Kriteriya | (ii), (iii), (vi), (v) |
Ölkə | Sudan |
Region | Afrika |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Meroe (meroitcə Medewi və ya Bedewi, ərəb. مرواه Meruvah və مروى Meruvi, q.yun. Μερόη) — Nilin şərq sahilində, Sudanın Şendi şəhəri yaxınlığındakı Kabuşiya stansiyasından təxminən 6 km şimal-şərqdə, paytaxt Xartumdan təxminən 200 km şimal-şərqdə yerləşən qədim şəhər idi. Saytın yaxınlığında Baqraviya adlı bir qrup kənd var. Bu şəhər eramızın dördüncü əsrində dağılana qədər bir neçə əsr boyu Kuş krallığının paytaxtı olmuşdur. Paytaxt Meroe olduğu dövrdə krallığa daxil olan müasir Butana bölgəsinə "Meoe adası" adı verilmişdi.
Meroe şəhəri Butananın yaxınlığında idi. Butanada başqa iki Meroit şəhəri daha var idi: Musavvarat əs-Sufra və Naqa.[1][2] Bu ərazilərdən birincisinə, Fars şahzadəsi Kambiz tərəfindən bacısının şərəfinə Meroe adı verilmişdi. Şəhər əvvəlcə ölkənin əsl qurucusunun şərəfinə Saba adını daşıyırdı.[3] Səba və ya Seba eponimi isə Xuşun oğullarından birinə verilmişdi.[bax 1] Butana bölgəsinin qərbində və Butananın sərhəddində çox sayda Meroit bölgəsinin olması inkişaf etmiş regionun əsasının qoyulması baxımından əhəmiyyətli idi. Bu yaşayış məntəqələri dövlətin gücünün məskunlaşma üzərində tətbiqini nümayiş etdirir.[4]
Meroe şəhərində üç qrupda toplanmış iki yüzdən çox ehram mövcuddur ki, bunlardan bir çoxu dağıntılar halındadır. Bu ehramlar Nubiya piramidalarının fərqli ölçü və proporsiyalarına malikdirlər.
Sitat səhvi: " bax " adlı qrup üçün <ref>
teqləri mövcuddur, lakin müvafiq <references group="bax"/>
teq tapılmadı