Meymun selfisi (ing. Monkey selfie) - dişi Kəkilli əntər tərəfindən təbiət fotoqrafı Devid Sleyderin qurduğu avadanlıq istifadə edilərək çəkilmiş şəkillər seriyasıdır. Şəkillərin Wikimedia Commonsa qoyulması heyvanlar tərəfindən düzəldilən incəsənət əsərləri üzərində müəllif hüquqlarının saxlanılması barədə 2014-cü ilin ortalarındakı müzakirələrin mərkəzi oldu. Sleyderin şəkillər üzərindəki müəllif hüquqları barədə iddiası bir çox alimlər və təşkilatlar tərəfindən müzakirə edildi və müzakirələr müəllif hüquqlarının yaradıcıya məxsusu olduğuna və insan olmayan yaradıcının müəllif hüquqlarına sahib olmamasına əsaslanırdı. 2014-cü ilin dekabrında Birləşmiş Ştatlar Müəllif Hüquqları İdarəsi bəyan etdi ki, insan olmayanlar tərəfindən yaradılmış işlər Birləşmiş Ştatlar Müəllif Hüquqlarının mövzusu deyil.