MiQ-25 | |
---|---|
МиГ-25 | |
Tipi | Döyüş-kəşfiyyat |
Hazırlayan | MiG |
İstehsalçı | SSRİ |
İlk uçuş | 6 mart 1964-cü il |
İstismara verilmə tarixi | 1970 |
İstimarının bitmə tarixi | davam edir |
Status | Bəzi ölkələrdə məhdud sayda istifadə edilir |
İstismarçılar |
Sovet Hərbi Hava Qüvvələri Hindistan Hərbi Hava Qüvvələri |
İstehsal ili | 1964–1984 |
Buraxılış sayı | 1186[1] |
Variantları | MiQ-31 |
Vikianbarda əlaqəli mediafayllar |
MiQ-25, (rus. МиГ-25) (NATO kod adı: Foxbat Foksbet — «qanadlı»[2]) - SSRİ istehsalı olan biryerli, yüksək hündürlükdə və yüksək sürətlə uça bilən qırıcı təyyarəsi. MiQ-25 proyekti 60-cı illərdə Mikoyan-Quryeviç Konstruktor Bürosu tərəfindən yüksək sürətli və yüksək hündürlükdə uça bilən Amerikan bombardman (XB-70 "Valkyrie") və kəşfiyyat (SR-71 “Blackbird”) təyyarələrinə qarşı müdafiə məqsədi ilə başlanmış, nəticədə Sovet ordusunda MiQ-25, səsdən 3 dəfə sürətli təyyarə kimi effektiv qırıcı-kəşfiyyatçı rolunu oynamışdır. Güclü radar və dörd ədəd hava-hava roketlərilə təchiz olunmuş təyyarə bir müddət NATO üçün çox böyük təşviş yaratsa da, 1976-cı ildə Sovet pilotu Leytenant Viktor Belenkonun idarə etdiyi MiQ-25 ilə Yaponiyaya qaçması Qərb ölkələrinə bu təyyarəni analiz etməyə və sirrlərini öyrənməyə imkan vermişdir. İlk prototipi 1964-cü il mart ayının 6-sı uçmuşdur. İstismar müddəti hələ də davam edir. İstehsal miqdarı təqribən 1200-dür.