Midjourney — mətn təsvirlərindən şəkillər yaradan süni intellekt proqramının adıdır.[3][4] Alət hazırda beta mərhələsindədir. Proqram Britaniyanın The Economist jurnalı tərəfindən 2022-ci ilin iyun sayının üz qabığını yaratmaq üçün istifadə edilib.[5][6]
Midjourney komandasına Leap Motion-un həmtəsisçisi Devid Xolz rəhbərlik edir.[7]