Miklaqard (q.skan. Miklagarðr; mikla, mykil, "çox", "böyük" və gård, "ticarət yeri"; hərf. böyük şəhər) — vikinq dövrü zamanı Skandinaviyada Bizans imperiyasının paytaxtı Konstantinopolun qədim skandinavca adı.[1] Bu ada Skandinaviya tarixi haqqında run kitabələrində rast gəlmək olar. Erkən və son orta əsrlərin Skandinaviya tacirləri tez-tez Ladoqa gölündəki Rus ticarət məntəqələri və Qara dənizə doğru gedən çaylar vasitəsilə Konstantinopola ticarət səfərləri edirdilər.[2][3]