Mi-24 | |
---|---|
| |
Tipi | Hücum helikopteri |
Hazırlayan | Mil Moskva Helikopter Zavodu |
İstehsalçı | Mil Moskva Helikopter Zavodu |
İlk uçuş | 19 sentyabr 1969-cu il |
İstismara verilmə tarixi | 1972 |
Status | Aktiv xidmətdə |
İstismarçılar |
Rusiya Hərbi Hava Qüvvələri Azərbaycan Hərbi Hava Qüvvələri Ukrayna Hərbi Hava Qüvvələri Belarus Hərbi Hava Qüvvələri |
İstehsal ili | 1969–davam edir |
Buraxılış sayı | 2.300 |
Vahidinin qiyməti | 12 milyon ABŞ $ (2015) |
Baza modeli | Mil Mi-8 |
Vikianbarda əlaqəli mediafayllar |
Mil Mi-24 (rus. Миль Ми-24; NATO kod adı: Hind) ― Sovet İttifaqı və Rusiya tərəfindən istehsal olunan hücum və hərbi nəqliyyat helikopteridir.[1] Pilotlar tərəfindən uçan tank adlandırılır. Digər adı isə, xarici görünüşünə görə "Timsah"dır. Mil Moskva Helikopter Zavodu tərəfindən istehsalı həyata keçirilən bu helikopter 1972-ci ildən etibarən başda Sovet İttifaqı olmaqla bir çox ölkənin hərbi hava qüvvələri tərəfindən istifadə olunur.
Mi-24 hərb tarixində ilk hücum helikopterlərindən biridir. Korpusu olduqca möhkəm zirehlə örtülüdür. Əhəmiyyətli xüsusiyyətlərindən biri eyni zamanda 8 əsgər, yük və sursat daşıma imkanıdır.
Zəif cəhəti yüksəksəviyyəli manevr bacarığına sahib olmaması və xüsusilə kəskin dönüşlər zamanı qəza vəziyyətinə düşməsidir. Üzərində aparılan uzun müddətli çalışmalara baxmayaraq bu çatışmazlığı aradan qaldırmaq mümkün olmayıb.