Tapşırıq nişanı | |
---|---|
Mir nişanı | |
Tapşırıq Məlumatları | |
Tapşırığın Adı | Mir |
Qalxış | 19 fevral 1986 21:28:23 UTC Baykonur, SSRİ |
Tağşırığın başa çatması |
23 mart 2001 05:50:00 UTC |
Ekipaj | 28 uzun müddətli heyət |
Tapşırıqda | 4.594 gün |
Orbitdə | 5.511 gün |
Orbitdəki dövr sayısı | 89.067 |
Yerdən ən uzaq |
393 km |
Yerə ən yaxın |
385 km |
Period | 89,1 dəqiqə |
Orbital meyl | 51,6 dərəcə |
Qət etdiyi məsafə | 3.638.470.307 km |
Orbitdəki çəkisi | 124.340 kq |
Quruluşu | |
Mir Kosmik Stansiyası |
Mir (Rus: Dünya deməkdir: dünya və ya sülh), 1986-cı ildən 2001-ci ilə qədər aşağı Yer orbitində qalan Sovet İttifaqının və ardınca Rusiya tərəfindən idarə olunan kosmik stansiyası. İlk modul 19 fevral 1986-cı ildə kosmosa göndərilib. Bəşəriyyətin uzun müddətli olaraq kosmosda, içində yaşayıb araşdırmalar apardığı ilk elmi-kosmik tədqiqat stansiyasıdır . Edilən beynəlxalq əməkdaşlıq sayəsində, müxtəlif millətlərin kosmik xadimlərinin istifadəsinə verildi. Orbitə 1986-cı il ilə 1996-cı illər arasında göndərilən bir çox modul ilə uğurlu birləşmələr həyata keçirdi. 23 mart 2001-ci ildə missiyası başa çatdı və atmosferə girərək yanması təmin edildi.