Mistik (personaj)

Mistik
ing. Mystique
Nəşriyyat ABŞ Marvel Comics
Yayım tarixi "Ms Marvel" #16 (may, 1978)
Yaradıcı(lar) Kris Klermont
Deyv Kokram
Xüsusiyyətlər
Əsl adı Reyven Darkhölm
Cinsiyyəti qadın
Boyu 1,77 m
Çəkisi 78 kq
Göz rəngi sarı
Saç rəngi qırmızı
Növü mutant
Vətəndaşlıq
Komiks bioqrafiyası
Kainat 616
Üzvlükləri Heyranedici Qisasçılar
Mutant qardaşlığı
Qaranlıq İks-adamlar
Azadlıq gücü
Maradorlar
İks-Korpus
İks-Faktor
İks-adamlar
Cəhənnəm Atəşi Klubu
S.H.I.E.L.D.
Partnyorları
Düşmənləri Gecə ilanı (personaj), İks-adamlar
Gücləri

  • Başqalarının görüntüsünü özününküləşdirmə
  • Superinsan cəldliyi və refleksləri
  • Yaşlanmamaq
  • Regenerasiya

Mistik (Reyven Darkhölm) (ing. Mystique (Raven Darkhölme)) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan xəyali personaj. Yazıçı Kris Klermont və rəssam Deyv Kokram tərəfindən yaradılan personaj ilk dəfə 1978-ci ildə nəşr olunmuş "Ms. Marvel" komiksinin 16-cı buraxılışında peyda olmuşdur.[1]

Mistik qeyri-insani güclərlə dünyaya gələn xəyali mutantlardan biridir. O, tam dəqiqliklə başqalarının görüntüsünü və səsini özününküləşdirə bilir. Onun öz təbii görünüşü isə mavi rəngdə dəri, qırmızı saçlar və sarı rəngdə gözlərdən təşkil olunmuşdur. Mistik əsasən İks-adamlar komandasının düşməni olaraq göstərilir.

Personaj yaradılışından bəri komikslərdə, cizgi seriallarında və televiziya filmlərində əsasən supercinayətkar kimi yer alır. Özünün Mutant qardaşlığı komandasını yaradan Mistik mutantlarla əlaqəli olan bir neçə şəxsi qətlə yetirmişdir. O, daha öncə yüzdən artıq yaşının olduğunu söyləmişdir.[2] Mistik cinayətkar Qreydon Krid və İks-adamların üzvü olan Gecə ilanının doğma anasıdır. O, eyni zamanda Roqun ögey anasıdır. Gecə ilanını tərk etməyə məcbur qalan Mistik, Roqu böyüdür və daha sonra həyatda fərqli yollar seçən iki qadının bir-birinə qarşı qarışıq hisslər bəslədiyi dəfələrlə göstərilmişdir.

Mistik İks-adamlar filmlərinin altısında yer almışdır. İks-adamlar, İks-adamlar 2İks-adamlar: Son müqavimət filmlərində Mistiki aktrisa Rebekka Romeyn, İks-adamlar: Birinci dərəcə, İks-adamlar: Gələcəyin keçmiş günləri, İks-adamlar: Apokalipsisİks-adamlar: Qara zümrüd quşu filmlərində isə gənc Mistik rolunu aktrisa Cennifer Lourens canlandırmışdır. 2009-cu ildə IGN Mistiki bütün zamanların ən böyük xəyali supercinayətkarları siyahısında 18-ci yerdə göstərmişdir.[3]

  1. Ms. Marvel, No.16 (aprel 1978)
  2. Stated in her solo series Arxivləşdirilib 2012-10-06 at the Wayback Machine (#17), "I wasn't born last night, or even last century, for that matter…"
  3. Mystique is number 18 Arxivləşdirilib 2022-09-20 at the Wayback Machine, IGN.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne