Momotombo | |
---|---|
isp. Momotombo | |
Ümumi məlumatlar | |
Dağ sistemi | Kordilyer dağları |
Vulkan forması | stratovulkan |
Son püskürmə | 2015 |
Mütləq hündürlüyü | 1297[1] |
Yerləşməsi | |
12°25′19″ şm. e. 86°32′24″ q. u.HGYO | |
Ölkə | Nikaraqua |
Region | Leon departamenti |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Momotombo — Nikaraquada yerləşən stratovulkan, Manaqua gölünün şimal-qərb sahilindədi. Kordilyera Los Maribios sıra dağlarının cənub-şərq sonluğunda yerləşir. Leon şəhəri 36 kilometr qərbdə yerləşir; vulkanın 1610-cu ildə püskürməsi erkən ispan yaşayış məskəninin sakinlərini məcbur etdi ki, şəhəri indiki yerinə köçürsünlər. Əvvəlki yerdə Köhnə Leonun (Leon Viexo) xarabalıqları qalıb.
Konus, simmetrik formadadı.Vulkan Nikaraqua rəmzlərindən biridir. Onun təsvirini açıqcalar, poçt markaları, reklam prospektlərinin üstündə tez-tez görmək olar. O, Nikaraquanın 1854-cü ilki gerbində əks olunub.
2015-ci il dekabrın 1-də (yerli vaxtla 30 noyabrdan 1 dekabra keçən gecə[2]) vulkanın 110 il ərzində ilk püskürməsi başlanmışdır.[3][4]