Monastizm

Monastizm (Qədim Yunanca μοναχός (monakhós) 'yalnız yaşayan', 'monastra aid'; μόνος (mónos) 'tək' sözündəndir), monaxizm və ya rahiblik də adlanır, insanın özünü tamamilə mənəvi fəaliyyətlərə həsr etmək üçün dünyəvi işlərdən imtina etdiyi dini həyat tərzidir. Monastır həyatı bir çox xristian kilsələrində, xüsusən katolik, pravoslav və anqlikan ənənələrində, eləcə də Buddizm, HinduizmCaynizm kimi digər dinlərdə mühüm rol oynayır.[1] Digər dinlərdə-İslamdaZərdüştçülükdə olduğu kimi monastizm ümumiyyətlə tənqid edilir və tətbiq edilmir və ya müasir yəhudilikdə olduğu kimi marjinal rol oynayır.

Yunan fəlsəfəsi ənənəsindən Hind, Suriya və qədim dövr Yəhudi asketizm adətlərinə qədər bir çox mədəniyyətdə monastizmin izinə təsadüf olunur və bunların Xristianlığın inkişafında əsas rol oynadığına şübhə yoxdur. IV əsrdən etibarən tərki-dünyalığın ilk qayda kompilyasiyaları və intizam örnəkləri görünməyə başlanır və çox çeşidlilik göstərən monastik ənənələrin IX əsrdə Benedikten ənənəsinin hüquqi-formal qaydaları çərçivəsində ayrışmasıyla tamamlanır.[2]

  1. "Monasticism". Encyclopedia Britannica. 8 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
  2. Umberto Eco, "Ortaçağ Barbarlar, Hristiyanlar, Müslümanlar", səh.234, ALFA nəşriyyatı, 2023

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne