Monstransiya, ostensori, yaxud ostensorium — kilsələrdə nümayiş etdirilən və içərisində müqəddəs çörək olan qızıl və ya gümüş qab. Roma Katolik, Köhnə Katolik, Ali Lüteran və Anqlikan kilsələrində müqəddəs yevxaristiya adorasiyası (Müqəddəs Ayinə ehtiram — Katolik kilsəsində Yevxaristiya zamanı təqdis olunan Müqəddəs hostiyalara liturgik ehtiramın bir növü) və ya mübarək hostiyaların xeyir-duası zamanı xeyir-dua verilmiş sakramental, mübarək çörəyi kimi bəzi dindarlıq obyektlərinin altarda nümayiş etdirilməsi üçün istifadə edilən xüsusi qabdır. Həmçinin monstransiya, nadir hallarda, bəzi müqəddəslərin qalıqlarının ictimaiyyətə nümayişi üçün istifadə edilən qab da ola bilər. Belə bir mənada, bu müqəddəs tabernakl mənasına daha yaxındır. [1]Monstrance sözü latın dilindəki "monstrare" sözündən, ostensorium sözü isə latın dilindəki "ostendere" sözündən götürülmüşdür. Hər iki termin "nümayiş" mənası verir və mübarək hostiyanın nümayişi üçün nəzərdə tutulmuş bir əşyanı göstərə bilər, lakin ostensorium yalnız bu mənanı ifadə edir.[2]