Monteneqrolular

Monteneqrolular
Sayları və yaşadığı ərazilər
Dili monteneqro dili, serb dili
Dini provaslavlıq, katolizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Monteneqrolular və ya çernoqoriyalılar (mont. Црногорци/Crnogorci) — Cənubi slavyan xalqı, Monteneqronun əsas əhalisi (280 min nəfər). Serbiyada 69 min nəfər (2002) monteneqrolu yaşayır. İtaliya, ArgentinaAlbaniyada az sayda olsa da yaşayırlar. Ümumi sayı 433 min nəfərdir. Onlar Serb-Xorvat dilinin Novoştokav ləhcəsinin İekava variantında danışırlar. Monteneqronun müstəqilliyi ilə ayrıca Monteneqro dili olaraq kodlaşdırılmışdır. Dindarlarının əsasını pravoslavlar təşkil edir. Serb Pravoslav Kilsəsinə tabedirlər. Katoliklər və sünni müsəlmanlar azlıq təşkil edir (ikincisi Osmanlı İmperiyasının təsirinin nəticəsidir).


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne