Moratorium (lat. moratorius — ləngitmə, təxirəsalma[1]) — mülki hüquqda hökumət tərəfindən müəyyən edilmiş öhdəlik müəyyən müddətə və ya hansısa fövqalədə hadisənin sonuna qədər yerinə yetirilməsinin təxirə salınması (məsələn, müharibə, təbii fəlakət). Beynəlxalq hüquqda dövlətin öhdəliklərini yerinə yetirilməsi vaxtının geri çəkilməsi, yaxud hər hansı bir hərəkətdən imtina edilməsi[2].Moratorium bir ölkənin hökuməti, məhkəmə orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən tətbiq oluna bilər.[3]