Mortal Kombat vs. DC Universe | |
---|---|
![]() oyunun üz qabığı | |
Hazırlayan | Midway Games |
Yayımlayan | Midway Games |
Distribüterlər |
Midway Games Warner Bros. |
Seriya | Mortal Kombat |
Anons tarixi | 2007 |
Buraxılış tarixi | 2008-ci il |
Janrlar |
Arkada oyunu Faytinq oyunu |
Yaş reytinqləri | "T" (13 yaş və yuxarı) |
Texniki məlumat | |
Platformalar |
PlayStation 3 Xbox 360 |
Mühərrik | Unreal Engine 3 |
Oyun rejimi | çoxnəfərli oyun, birnəfərli oyun |
Daşıyıcı | Blu-ray Disc |
İdarəetmə | geympad |
Rəsmi saytı |
Mortal Kombat vs. DC Universe (qısaca: MK vs DC və ya MK vs DCU) — "Midway Games"[1] oyun şirkətinin Warner Bros.ilə müştərək olaraq 2007-ci ildə (bəzi mənbələrdə -- 2008) yaradılan[2] döyüş oyunudur.[3][4][5] Oyun "Mortal Kombat" oyunlarının və "DC" komikslərinin krossoveridir. "Mortal Kombat" silsiləsində 8-ci oyundur, bu səbəbdən bəzi mənbələrdə "Mortal Kombat 8" adlandırılır. Ayrıca, "MK vs DC" "Mortal Kombat" oyun silsiləsinin "T" (13+) yaş həddini almış yeganə oyunudur. Habelə, bu oyun 2013 və 2017-ci illərdə çıxan və DC personajları haqqında olan "Injustice" və "Injustice 2" faytinq oyunlarının yaranmasına zəmin olmuşdur. Hər iki oyunda bəzi "Mortal Kombat" personajları yer alır.