Mumiya | |
---|---|
ing. The Mummy | |
![]() | |
Janr | qorxu filmi[1], fentezi filmi[d][2][1][…], döyüş filmi, komediya filmi |
Əsas mövzu | Romantik sevgi[3] |
Baş rollarda | |
Bəstəkar | |
Distribütor | UIP-Dunafilm[d], Universal Pictures, Netflix, Microsoft Store |
İlk baxış tarixi | 1999, 3 iyun 1999[8] |
Müddət | 120 dəq. |
Büdcə | 80.000.000 $ |
Gəlir | 415.933.406 $[9] |
Ölkə | |
Dillər | ərəb dili, ingilis dili, Misir dili |
Sonrakı film | Mumiya qayıdır |
Rəng | rəngli[d] |
Çəkiliş yeri | Mərakeş, İngiltərə |
IMDb | ID0120616 |
Mumiya (ing. The Mummy) — Stiven Sommers tərəfindən çəkilən ABŞ filmi. Bu film 1932-ci ildə Karl Froyndun tərəfindən çəkilən və "Mumiya" personajını canlandıran Boris Karloffun iştirak etdiyi Mumiya filminin remeykidir. Filmdə göstərilən vizual effektlər "Industrial Light & Magic" kompaniyası tərəfindən yaradılmışdır. Filmin distribütori Universal Studios kinokompaniyasıdır. "Mumiya" filminin çəkilişi Mərakeşin dörd krallıq şəhərindən biri olan Mərrakeş şəhərində 4 may 1998-ci il tarixindən başlanmışdır. Filmdə "Ölülər şəhəri" (ing. City of the Dead) ləqəbi ilə tanınan[10] Hamunaptra şəhəri əslində uydurulmuş şəhərdir.[11]