Musiqi albomu — sənətçinin bir araya gətirdiyi öz mahnılarından ibarət toplu. Albomun üz qabığında sənətçi tərəfindən seçilmiş şəkil yer alır. Albomun maddi nüsxəsinin içərisində şəkillər və layner notları (ing. liner notes) yer ala bilər, həmçinin mahnıların sözləri və müəllifləri haqqında əlavə məlumatlar verən bukletlər (ing. booklet) ola bilər.[1][2]
Albomun sonralar delüks versiyası da buraxıla bilər. Bu versiyaya əlavə mahnılar, canlı və akustik ifalar kimi bonus treklər daxil edilir. Sənətçi albomunu tanıtmaq məqsədilə əvvəlcədən bir neçə ədəd mahnısını sinql şəklində buraxa bilər. Sənətçi albomunu satışa çıxarmaq və musiqi videosu çəkmək üçün musiqi şirkəti ilə müqavilə bağlaya bilər. Albomlar CD, vinil, kaset formatında və striminq xidmətləri kimi platformalar vasitəsilə rəqəmsal olaraq buraxılır.