Musiqi turizmi

Musiqi turizmi hər hansı böyük şəhər və ya kiçik şəhərcikdə keçirilən musiqi festivalını və ya ayrı-ayrı musiqi tədbirlərini görmək üçün ziyarət etmək aktıdır. Bu növ turizm hal-hazırda getdikcə populyarlaşır. Müxtəlif ölkələrin həm böyük şəhərləri , həm də kiçik qəsəbələri belə , musiqi festivalı keçirərkən xarici qonaqların dəvət olunması və ziyarətçilərin axını yerli bələdiyyələr tərəfindən tənzimlənir, festivalın proqramı aylarca öncədən elan olunur ,kağız daşıyıcılar, məsələn , afişa və müasir üsulla, yəni KİV vasitəsilə turistlər cəlb edilir. Yaxın dövrlərdə Jam band fenomenini kimi müasir örnək musiqi turizminin inkişafına yol açmışdır.Hər il keçirilən festivallarda ildən-ilə ziyarətçi turistlərin sayı daha da artır.Bu cür musiqi bayramları həm musiqi kollektivlərinin tanınması, həm tədbir məkanının məşhurlaşmasına səbəb olur.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne