NASA | |
---|---|
National Aeronautics and Space Administration[1][2] | |
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılma tarixi | 29 iyul 1958[5][6] |
Tabelik | Amerika Birləşmiş Ştatları federal hökuməti[7] |
Ştat sayı |
|
İllik büdcəsi | 18.724.000.000 ± 999.999 $, 23.200.000.000 ± 99.999.999 $[8] |
Baş qərargah | |
Ünvan | 300 E St SW, Suite 5R30, Washington DC 20546[3][9][…] |
Rəsmi saytı | nasa.gov |
Vikianbarda əlaqəli mediafayllar |
NASA (ing. National Aeronautics and Space Administration; "Milli Aeronavtika və Kosmos İdarəsi") — ABŞ-nin mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyi.
NASA 1958-ci ilin fevralında yaradılmış Aeronavtika üzrə Milli Məşvərət Komitəsinin (NACA) xələfidir. NASA-nın 2006-cı ilin fevral ayında qəbul edilmiş missiyası "Kosmik tədqiqadlarda və elmi kəşflərdə aparıcı rol oynamaq"dır. NASA-nın həyata keçirdiyi elmi tədqiqatlar əsasən Yer Müşahidə Sistemi vasitəsilə Yer planetini daha yaxşı tədqiq etmək, heliofizika və astrofizika elmlərini daha dərindən öyrənmək və avtomatlaşdırılmış sistemlər vasitəsilə Günəş sisteminə daxil olan fəza cisimlərini kəşf etmək işlərini əhatə edir.
NASA-nın 18 min nəfər əməkdaşı vardır və agentlik əldə etdiyi məlumatları tez-tez başqa ölkədaxili və beynəlxalq təşkilatlarla paylaşır.