NCT (qrup)

NCT
엔시티
Loqonun şəkli
Əsas məlumatlar
Üslub K-pop, hip-hop[d]
Fəaliyyət illəri 2016-indi
Ölkə Cənubi Koreya
Şəhər Seul
Leybl S.M. Entertainment
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

NCT (kor. 엔시티) — SM Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı bir oğlan qrupudur. Qrupun 2016-cı ilin yanvar ayında yerli leybl qurucusu tərəfindən ilk təqdimatından bəri, qrup 2021-ci ilin yanvar ayından etibarən ümumilikdə dörd fərqli alt qrupda iştirak edən 23 üzvdən ibarətdir.

Qrup, 9 Aprel 2016-cı il tarixində "The 7th Sense" və "Without You" rəqəmsal sinqlları ilə ilk alt qrupları olan NCT U-nu təqdim etdi. Ardından, 7 iyul 2016-cı ildə Seulda yerləşən NCT 127 alt qrupu, daha sonra isə 24 Avqust 2016-cı il tarixində "Chewing Gum" rəqəmsal mahnısı ilə yalnız yeniyetmə üzvlərdən ibarət NCT Dream alt qrupu debut etmiş oldu. Qrup daha sonra 17 yanvar 2019-cu il tarixində The Vision albomu ilə Çində yerləşən yeddi üzvlü WayV adlı alt qrupunu təqdim etdi. Beşinci alt qrup isə 2021-ci ildə debüt edəcək[1].

Hər bir alt qrupun ayrı-ayrı fəaliyyətləri ilə yanaşı, NCT qrupu bu günə qədər tam albomlarını tanıtmaq üçün iki dəfə birləşdi, ilk dəfə NCT 2018 Empathy'nin 2018 mart çıxışı, ikincisi isə 2020-ci ilin oktyabr və noyabr aylarında iki hissəli albom olan NCT 2020 Resonance Pt. 1Pt. 2 çıxışıdır, hansı ki, bu iki hissəli albom iki ayda 2,6 milyondan çox nüsxə sataraq SM Entertainment-in bir aktı ilə indiyə qədər çıxan və ən çox satılan fiziki albomu olub, 2020 Asia Artist Awards-da qrupa ilk Grand Daesang Mükafatını qazandırmışdır.

  1. "Arxivlənmiş surət". 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne