NLE Choppa | |
---|---|
ing. NLE Choppa | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Bryson Lashun Potts |
Ləqəbi | NLE Choppa[3] |
Doğum tarixi | 1 noyabr 2002 (22 yaş) |
Doğum yeri | |
Uşağı | 2[1] |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi, müğənni-mahnı yazarı, YouTuber |
Fəaliyyət illəri | 2018-ci ildən |
Janrlar | trep[5], hip-hop[d], drill[d], qenqsta-rep[d], pop rep[d] |
Albom şirkətləri | Warner Records[d][2], UnitedMasters[d] |
nlechoppa.com | |
Vikianbarda əlaqəli mediafayllar |
NLE Choppa (əsl adı: Brayson Laşan Potts; 1 noyabr 2002, Memfis, Şelbi[d], Tennessi, ABŞ[4]) — ABŞ repçisi. Tennessinin Memfis şəhərindən olan Choppa 2019-cu ildə buraxdığı "Shotta Flow" sinqlı ilə şöhrət qazandı. Bu mahnı Billboard Hot 100 hit-paradında yuxarı sıralarda qərarlaşdı, sonralar RIAA tərəfindən platin sertifikata layiq görüldü. Mahnı həmçinin onun həmin il yayımladığı "Cottonwood" mini-albomunda yer aldı.
NLE Choppa ilk studiya albomu "Top Shotta"nı 2020-ci ilin avqustunda dinləyicilərə təqdim etdi. Albomun "Camelot" və "Walk Em Down" mahnıları Billboard hit-paradında ilk 10-luğa daxil oldu. 2023-cü ildə ikinci studiya albomu "Cottonwood 2"nu buraxmazdan əvvəl "From Dark to Light" və "Me vs. Me" miksteyplərini yayımladı. Albomun ən populyar treki "Slut Me Out" oldu.