Scalable Link Interface (SLI) multi-GPU texnologiyası üçün bir marka adıdır. İki və daha artıq video kartın birlikdə istehsal etdiyi görüntünü tək çıxışda cəmləşdirən bir texnologiyadır. Ekran kartları paralel olaraq bağlanaraq görüntünü emal edir. ( Məsələn: İki video kartın birləşdirilməsi emal gücünü iki dəfə artırır)
SLI adı ilk dəfə 1998-ci ildə 3dfx tərəfindən istifadə olunmuşdur (Scan-Line Interleave). Bu texnologiya Voodoo 2 modelində ilk dəfə istifadə edilmişdir. 3dfx sonra NVIDIA kompaniyası tərəfindən satın alınmışdır. Beləliklə Voodoo modeli ekran kartlarının istehsalı dayandırılmışdır. 3dfx və NVIDIA tərəfindən isitifadə olunun bu iki SLI texnologiyası bir-birindən tamam fərqlənirlər. Bu SLI texnologiyası 2004-cü ildən NVIDIA tərəfindən təkminləşdirilməyə başlanılıb.