Narcos

Narcos
Narcos
Loqonun şəkli
Janr dram teleserialı[d]
Rejissor
  • Xose Padilha[d]
Yaradıcısı Kris Brankato[d]
Rollarda
Bəstəkar
  • Pedro Bromfman[d]
İstehsalçı ölkə
Dil ingilis dili, ispan dili
Davametmə müddəti 50 dəq.
IMDb ID2707408
netflix.com/title/800251…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Narko (ing. Narcos) — Kris Brankato, Karlo Bernard və Duq Miro tərəfindən yaradılmış və istehsal olunmuş ABŞ detektiv-dram teleserialı.

Mövzusu Kolumbiyada cərəyan edən və çəkilişlərinin Kolumbiyada gerçəkləşdiyi teleserialın birinci və ikinci mövsümləri kokain istehsalı və distribusiyası sayəsində milyarderə çevrilmiş məşhur narkobaron Pablo Eskobarın həyatını əhatə edirdi. Teleserial diqqət mərkəzində Pablo Eskobarın rəqib narkobaronlarla, Narkotiklə Mübarizə İdarəsi (abr. NMİ) agentləri və müxtəlif müxalif qruplarla olan qarşılıqlı əlaqəsi də var. Teleserialın üçüncü mövsümü Pablo Eskobarın süqutundan dərhal sonra baş verənləri əhatə edir.[1][2] Üçüncü mövsümdə NMİ tanınmış Kali kartelinin yüksəlişinin qarşısını almağa çalışır.

Teleserialın on seriyadan ibarət birinci mövsümü ilk dəfə 28 avqust 2015-ci ildə "Netflix"-də eksklüziv olaraq yayımlanmışdır.[3] Bundan sonra "Netflix" istehsalçı şirkətlə bağlanan müqaviləni teleserialın ikinci mövsümü üçün yeniləmişdir. Teleserialın on seriyadan ibarət ikinci mövsümü ilk dəfə 2 sentyabr 2016-cı ildə yayımlanmışdır.[4] Teleserialın istehsalçı şirkəti ilə bağlanan müqavilə yenidən yenilənmişdir və "Netflix" teleserialın üçüncü və dördüncü mövsümlərini sifariş etmişdir.[5] Teleserialın on seriyadan ibarət üçüncü mövsümü ilk dəfə 1 sentyabr 2017-ci ildə yayımlanmışdır, ancaq 18 iyul 2018-ci ildə teleserialın rejissorları teleserialın dördüncü mövsümünün "Narko: Meksika" başlıqlı yeni bir "Netflix" orijinal teleserialı olacağını açıqlamışdır. Yeni teleserialın birinci mövsümü ilk dəfə 16 noyabr 2018-ci ildə yayımlanmışdır.[6] Bu teleserialın mövsümü 1980-ci illərin Meksikasında cərəyan edir.[7]

  1. "Netflix Plans To Create Original Series About Colombian Drug Lord Pablo Escobar". latino.foxnews.com (ingilis). Fox News. 2 aprel 2014. 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2019.
  2. "Netflix's 'Narcos' Series On Pablo Escobar 'Will Be Like Nothing Ever Seen Before'". www.huffingtonpost.com (ingilis). The Huffington Post. 3 may 2014. 26 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2019.
  3. "Netflix Orders 10 Episodes of Pablo Escobar Drama 'Narcos'". The Hollywood Reporter. April 1, 2014. December 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 25, 2019.
  4. "'Narcos' Sets Season 2 Premiere Date". Deadline Hollywood. June 13, 2016. December 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 25, 2019.
  5. Hibberd, James. "Narcos Renewed for Two More Seasons". Entertainment Weekly. September 6, 2016. December 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 7, 2016.
  6. "Netflix 'Narcos: Mexico'". Netflix. 2020-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-25.
  7. "Netflix Releases First Look at Reset 'Narcos: Mexico'". The Hollywood Reporter. July 18, 2018. December 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 18, 2018.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne