Nayef ibn Abdullah

Nayef ibn Abdullah
Şəxsi məlumatlar
Doğum tarixi 14 noyabr 1914(1914-11-14)[1]
Doğum yeri
Vəfat tarixi 12 oktyabr 1983(1983-10-12)[1] (68 yaşında)
Vəfat yeri
Fəaliyyəti Regent
Atası I Abdulla
Həyat yoldaşı
Uşağı
Ailəsi Haşimilər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nayef ibn Abdullah (ərəb. الأمير نايف بن عبدالله‎; 14 noyabr 1914[1], Taif, Məkkə bölgəsi[d]12 oktyabr 1983[1], Amman) — İordaniya kralı I Abdullahın oğullarından biri.

1914-cü ildə Taifdə dünyaya gəldi. Atası İordaniya kralı I Abdullah, anası isə onun ikinci xanımı Suzidil xanımdır. İsgəndəriyyədəki Viktoriya Kollecində təhsil aldı. Ardından Türkiyədə hərbi təhsil aldı və 1939-cu ildə 6 ay boyunca İsmət İnönünün fəxri yavəri kimi xidmət etdi.

Atasının sui-qəsd nəticəsində öldürülməsinin ardından İordaniyaya çağırıldı. Çünkü taxta çıxarılan ögey qardaşı I Təlalın psixoloji problemləri vardı. Beləliklə, davam edən tibbi müayinələr səbəbilə 20 iyul-6 sentyabr 1951-ci il tarixləri ərzində taxt naibi kimi fəaliyyət göstərdi. Ancaq Kral Təlal əqli zəif idi və bu səbəblə cəmi 1 il sonra taxtdan endirilərək müalicə məqsədilə İstanbula göndərildi. Vəliəhd Nayef isə siyasətlə maraqlanmadığını bildirərək taxtdan imtina etdi və taxt Kral Təlalın oğlu Hüseynə qaldı. Mihrimah Sultan və əri Nayef ibn Abdullah isə ailənin ən nüfuzlu üzvləri olaraq Ammanda yaşamağa davam etdilər.

12 oktyabr 1983-cü ildə Ammanda vəfat etdi.

  1. 1 2 3 4 Naif // Munzinger Personen (alm.).

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne