Nenmyon | |
---|---|
![]() | |
Mənşəyi |
|
Tərkibi | |
Əsas |
Nenmyon (Cənubi Koreyada 냉면; 冷麵) və ya renmyon (Şimali Koreyada: 랭면) Koreya yarımadasının özünəməxsus soyuq əriştə yeməklərindən biri olub qaynadılmış əriştənin soyuq suya salınaraq ədviyyat və qarnirlə birlikdə servis edildiyi yeməkdir. Nenmyon Pueraria montana, əkin qarabaşağı, kartof, batat və s. kimi müxtəlif bitkilərin tozundan istifadə edilərək hazırlanan əriştə və nazik doğranmış xiyar kimi bir parça tərəvəz və armud, həmçinin qaynadılmış yumurtadan ibarət olan yeməkdir.