Nessun dorma

Nessun dormaCakomo Puççininin "Turandot" operasının sonuncu aktında ifa edilən ariya. Həmçinin, operada ən məşhur tenor ariyalarından biridir. Bu ariya şahzadə Turandota aşiq olan naməlum şahzadə (it. il principe ignoto) Kalaf tərəfindən ifa edilir. "Nessun dorma" italyan dilindən tərcümədə "Heç kim yatmasın" mənasını verir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne