Nettinq

Nettinq (ing. Netting) — maliyyəticarət sahələrində tərəflər arasındakı borcların və ödənişlərin qarşılıqlı şəkildə hesablanması və ümumi məbləğin azaldılması prosesi. Bu üsul maliyyə əməliyyatlarının effektivliyini artırmaq və tərəflərin üzərindəki öhdəlikləri daha sadə və idarəolunan bir formaya gətirmək məqsədini daşıyır. Nettinqin mahiyyəti qarşılıqlı öhdəliklərin kompensasiya edilməsi və yalnız qalan fərq üzrə ödənişin həyata keçirilməsindən ibarətdir. Əsasən beynəlxalq ticarətdə və maliyyə institutlarının fəaliyyətində tətbiq olunan bu metod xərcləri azaltmaqla yanaşı, maliyyə axınını optimallaşdırır.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne