Nikola Tesla | |
---|---|
serb. Никола Тесла[1] | |
![]() | |
Doğum adı | Никола Тесла[1] |
Doğum tarixi | 10 iyul 1856[2][1][…] |
Doğum yeri | |
Vəfat tarixi | 7 yanvar 1943[3][2][…] (86 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması[4][1] |
Dəfn yeri | |
Atası | Milutin Tesla[d][1] |
Anası | Duka Tesla[d][1] |
Elm sahələri | elektrik mühəndisliyi[1], maşınqayırma[1], fizik, mexanika, ixtiraçı |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
|
![]() |
Nikola Tesla (serb-kiril. Никола Тесла, 10 iyul 1856[2][1][…], Smilyan[3][1][…] – 7 yanvar 1943[3][2][…], Nyu-York, Nyu-York ştatı[3][1][…]) — müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan Serbiya əsilli ABŞ[5][6][7][8] futuroloqu, elektriki və maşın mühəndisi, ixtiraçısı.[9]
Tesla 1884-cü ildə ABŞ-nin Nyu York şəhərinə Tomas Edisona işləmək üçün immiqrasiya etməzdən əvvəl elektrik mühəndisliyi və telefoniya sahəsində təcrübə qazanmışdı. O tezliklə elektrik cihazlarının spektrini inkişaf etdirmək üçün laboratoriyalar və şirkətlərin təsis edilməsi üçün maliyyə tərəfdarları ilə müstəqil şəkildə müqavilə bağlamağa nail oldu. Özünün patentləşdirdiyi dəyişən cərəyan asinxron mühərrik və transformator, müşavir kimi qısa müddət ərzində Tesla üçün kirayələnən Corc Vestinqauz tərəfindən lisenziyalaşdırılıb.
Onun işi elektrik enerjisinin inkişafının sonrakı illərində "Cərəyanlar müharibəsi" kimi adlanan dəyişən və sabit cərəyan enerji ötürmə standartlarının yaradılması arasında ümumi mübarizə ilə nəticələndi. Tesla yüksəkgərginlikli və yüksəktezlikli naqilsiz işıqlandırma və elektrik enerjisinin paylanması ideyalarını davam etdirmək üçün Nyu Yorka və Kolorado Sprinqsə gedərək öz qurğuları ilə simsiz rabitənin mümkünlüyü barədə ilk (1893) bəyanatları ilə çıxış etmişdir. O bu ideyaları təyin etmək üçün özünün tamamlanmamış Vordenkliff qülləsi proyektini qitələrarası simsiz ötürmədə praktiki istifadəsinə cəhd etmişdir.[10] Laboratoriyada o, həmçinin rentgen şüaları, elektrik yüklənmə borusu və mexaniki ossilyator/generatorlar ilə bir sıra eksperimentlər aparırdı. O hətta bir zaman birinci dəfə nümayiş olunan simsiz idarə olunan qayıq hazırlamışdı.
Tesla nailiyyətlərinə görə məşhurlaşdı və sonda tipik "çılğın alim" kimi populyar mədəniyyətdə şöhrət qazandı.[11] Patentləri ona xeyli pul qazandırdı və uğurundan müxtəlif dərəcədə öz layihələrinin maliyyələşdirilməsi üçün istifadə etdi.[12]:121,154 O, həyatının çoxunu — təqaüdə çıxana kimi müxtəlif Nyu York otellərində yaşayıb. Tesla 7 yanvar 1943-cü ildə vəfat etdi.[13] Onun yaradıcılığı vəfatından sonra unudulmağa başlayıb, ancaq 1960-cı ildə Çəki və Ölçülər üzrə Baş Konfrans Beynəlxalq Sistemlərdə onun şərəfinə maqnit induksiyasının vahidini tesla adlandırıb.[14] Teslaya aid hekayələrə 1990-cı illərdən bəri populyar mədəniyyətdə yenidən maraq oyanıb.