NİMF( )MAN | |
---|---|
NYMPH( )MANIAC | |
| |
Janr | drama |
Əsas mövzu | Bakirəlik |
Rejissor | Lars fon Trier |
Prodüserlər |
Mari Sisilya Geyd Luis Vest |
Ssenari müəllifi | Lars fon Trier |
Baş rollarda |
Şarlotta Gensbur Stellan Skarsqard Steysi Martin Şaya LaBaf Kristian Sleyter Ceymi Bell Uma Turman Uilyam Defo Mia Qot Sofi Kennedi Klark Konni Nilsen Maykl Pas Jan-Mark Barr Udo Kier |
Operator | Manuel Alberto Klaro |
İstehsalçılar |
Fransa: Les Films du Losange Almaniya: Concorde Filmverleih ABŞ: Magnolia Pictures |
İlk baxış tarixi |
25 dekabr 2013 (Danimarka) 1 yanvar 2014 (Belçika və Fransa) 20 fevral 2014 (Almaniya) |
Müddət |
I Hissə: 117 dəq.[1] 145 dəq. (kəsilməmiş)[2] II Hissə: 124 dəq.[3] |
Büdcə |
$4.7 milyon (hər filmə $2.35) |
Gəlir |
I Hissə: $12,161,483[4] II Hissə: $4,093,644[5] Hər iki hissə: $16,255,127 |
Ölkələr |
Danimarka Belçika Fransa Almaniya[6] |
Dil | ingilis dili |
İl | 2013 |
Rəng | rəngli[d] |
Çəkiliş yeri | Almaniya Federativ Respublikası, Köln |
Vikianbarda əlaqəli mediafayllar |
Nimfoman (ing. Nymphomaniac, stilizə edilmiş forma NİMF()MAN ing. NYMPH()MANIAC) 2013-cü ildə Lars fon Trierin rejissorluğu ilə çəkilmiş iki hissəli Danimarka filmidir.[7] Filmdə Şarlotta Gensbur, Stellan Skarsqard, Steysi Martin, Şaya LaBaf, Kristian Sleyter, Konni Nilsen, Ceymi Bell, Uma Turman və Uilyam Defo çəkilmişlər.
Filmin beş saat yarımlıq birinci hissəsinin kəsilməmiş versiyasının dünya premyerası 16 fevral 2014-cü ildə 64-cü Berlin Beynəlxalq Film Festivalında baş tutmuşdur.[8] Kəsilməmiş ikinci hissə isə 2014-cü ildə Toronto Beynəlxalq Film Festivalında təqdim edilmişdir.[9]
Nimfoman, fon Tierin qeyri-rəsmi “Depressiya trilogiyası”nın sonuncu və üçüncü hissəsi olmaqla, “Antixrist” və “Melanxoliya” filmlərini tamamlayır.