Nitroplus

Nitroplus
yap. 株式会社ニトロプラス
Nitoropurasu
Ümumi məlumatlar
Tipi kabuşiki qayşa
Sənaye videooyun sənayesi[d]
Məhsulu vizual romanlar
Təsis tarixi 2000
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi kapital 10 milyon ¥
(121 min $) (2012)[1]
Struktur
İşçi sayı 39 (dekabr 2012)[1]
nitroplus.co.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nitroplus Co., Ltd. və ya nitro+[1]Yaponiya videooyun istehsalı şirkəti. İstehsal etdiyi əsas məhsullar vizual romanlareroqelərdir. Şirkət həmçinin TYPE-MOON (digər bir videooyun yaradıcısı) şirkəti ilə əməkdaşlıq edərək "Fate/Zero" adlı ranobe seriyası nəşr etmişdir. Şirkət əsasən qaranlıq mövzulara — ölüm və qətl mövzularına müraciət edir. Şirkətin bir qolu olan Nitro+Chiral şirkəti isə yaoy vizual romanları işləyir. Qen Urobuçi kimi manqa, anime, roman və televiziya əsərləri üzərində işləmiş yazıçılar şirkət ilə əməkdaşlıq edirlər.

Super Soniko Nitroplus tərəfindən keçirilən illik "Nitro Super Sonico" musiqi festivalının 2006-cı ildən talismanıdır. Nitroplus bu festivalı 2000-ci ildən keçirir.

  1. 1 2 3 "Company info". Nitroplus. 2019-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2016.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne