No Game No Life | |
![]() | |
ノーゲーム・ノーライフ (Nōgēmu Nōraifu) azərb. Oyun yox, həyat yox | |
---|---|
Janr | isekay, elmi fantastika[1] |
Manqa | |
Manqaka | Yuu Kamiya |
Nəşriyyat | Media Factory |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | 25 aprel 2012 — davam edir |
Cildlər | 12 |
Manqa | |
Manqaka | Yuu Kamiya |
Rəssam | Maşiro Hiiraqi Yuu Kamiya |
Nəşriyyat | Media Factory |
Tərcüməçi nəşriyyat | |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 27 yanvar 2013 — davam edir |
Cildlər | 2 |
Anime | |
Rejissor | Atsuko İşizuka |
Ssenarist | Cukki Hanada |
Bəstəkar | Super Sweep |
Studiya | Madhouse |
Digər lisenziyalar | |
Kanal | AT-X, Tokyo MX, SUN, KBS, TVA, BS11 |
Digər kanallar | |
Buraxılış tarixi | 9 aprel 2014 – 25 iyun 2014 |
Seriyalar | 12 (seriya siyahısı) |
Manqa | |
No Game No Life, Please! | |
Manqaka | Yuizaki Kazuya |
Nəşriyyat | Media Factory |
Tərcüməçi nəşriyyat | |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 27 may 2015 — 27 noyabr 2017 |
Cildlər | 4 |
Anime filmi | |
|
No Game No Life (ノーゲーム・ノーライフ, Nōgēmu Nōraifu?, azərb. Oyun yox, həyat yox) və ya qısaca NGNL — Yuu Kamiya tərəfindən yazılmış ranobe seriyası. Ranobe seriyası doqquz cilddən ibarət olub MF Bunko J imprinti altında 25 aprel 2012-ci ildən 25 avqust 2016-cı ilə kimi nəşr olunmuşdur. Müəllif və Yuu Kamiyanın həyat yoldaşı Maşihiro Hiiraqi 2013-cü ildə ranobe seriyasının manqa adaptasiyasını hazırlamışdırlar və manqa "Monthly Comic Alive" jurnalında nəşr olunmuşdur. Növbəti il Madhouse studiyası tərəfindən eyniadlı anime adaptasiyası anons edilmişdir. Anime serialı Yaponiyada 2014-cü ilin aprelindən iyuluna kimi AT-X kanalında, Yaponiyadan xaricdə isə Crunchyroll tərəfindən bərabər zamanlı yayımlanmışdır. 15 iyul 2017-ci ildə "No Game No Life Zero" adlı film adaptasiyası buraxılmışdır. "No Game No Life" franşizi bir neçə ABŞ şirkəti tərəfindən yerliləşdirilmişdir: Seven Seas Entertainment manqa adaptasiyasını, Sentai Filmworks anime adaptasiyasını, Yen Press isə ranobe seriyasını Şimali Amerika üçün lisenziyalaşdırmışdır.
Seriya "Boşluq" (空白, Ku:haku?, 「 」) ləqəbi ilə tanınan iki məğlubedilməz oyunçu və hikikomori — Sora və onun kiçik ögey bacısı Şirodan bəhs edir. Bir gün tanrı onlara şahmat oyununda meydan oxuyur və "Boşluq" qalib gəlir. Nəticədə, tanrı onları münaqişələrin ancaq oyunla həll edildiyi Disboard (盤上の世界(ディスボード), Disubōdo?) adlı reallığa gətirir. Məğlubedilməz oyunçular reputasiyalarından istifadə edərək Sora və Şiro Disboard dünyasında yaşayan 16 irqi ələ keçirməyə və sonda tanrıya meydan oxumağa qərar verirlər.
Seriya 2014-cü ildə — "Kono Light Novel ga Sugoi!" kitabında peyda olduqdan və Yaponiyada top-30 romandan biri olduqdan sonra tanınmağa başlamışdır. 2017-ci ilin mayında dövriyyədə 3 milyondan çox nüsxəsinin olduğu bildirilmişdir. Anime və manqanın ingilis adaptasiyaları da müsbət rəylər almışdır: manqa adaptasiyası "The New York Times" qəzetinin "Bestseller manqalar" siyahısında yer almışdır. İngilis tənqidçilər animeyə elə ilk seriyasından baxmaqdan imtina etmişdirlər, lakin anime serialının bütün seriyalarına baxanlar animeni personajların dinamikasına, oyun strategiyalarına və animasiyaya görə tərifləmişdirlər.