Norfolk hersoqu (ing. Duke of Norfolk) — Birləşmiş Krallığın monarxial strukturunda olan əsilzadə ünvanlarından biri. Rəsmi iqamətgahları Sasseksdəki Arundel qalasıdır və ənənəvi olaraq, İngiltərə Anqlikan kilsəsinə yox, Roma-Katolik kilsəsinə mənsubdurlar. Tarix boyunca bu ünvana layiq görülən bütün Norfolk hersoqları İngiltərə kralı I Edvardın şəcərəsinə mənsubdur.