Nyotaymori (女体盛り, hərf. qadın bədəni üzərində yemək servisi?) və ya bədən suşisi – Yaponiyada çılpaq qadın bədəni üzərində saşimi və ya suşi servis etmək praktikası. Daha az populyar olan çılpaq kişi bədəni variantı isə nantaymori (男体盛り?) adlanır. Son dövrlərdə Avropa və Amerikada populyarlaşmışdır.[1]