O (film, 2013)

O
Her
Janr Romantik dram, elmi fantastika
Əsas mövzu süni intellekt[1], Romantik sevgi[1], qadağan sevgi[d][2]
Rejissor Spayk Cons
Prodüserlər Meqan Ellison, Spayk Cons, Vinsent Lendi
Ssenari müəllifi Spayk Cons
Baş rollarda Xoakin Feniks
Emi Adams
Runi Mara
Oliviya Vayld
Skarlet Yohansson
Operator Hoyte van Hoytema
Bəstəkar Arcade Fire
İstehsalçılar Annapurna Pictures[d], Warner Bros.
Distribütor Warner Bros., InterCom[d][3][4]
İlk baxış tarixi 13 oktyabr 2013
(Nyu-York film festivalı)
18 dekabr 2013
(ABŞ)
Müddət 126 dəq.
Büdcə $23 milyon
Gəlir $47.4 milyon
Ölkə ABŞ ABŞ
Dil ingilis dili
İl 2013
Rəng rəngli
Çəkiliş yeri Los-Anceles, Şanxay[5]
IMDb ID1798709
Mükafatları Ən yaxşı orijinal ssenariyə görə "Oskar" mükafatı Ən yaxşı ssenariyə görə "Qızıl qlobus" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O (ing. Her) — rejissor və ssenarist Spayk Consun romantik dramelmi fantastika janrında 2013-cü ildə çəkdiyi ABŞ filmidir. Baş rollarında Xoakin Feniks, Emi Adams, Runi Mara, Oliviya VayldSkarlet Yohanssonun çəkildiyi film — Feniksin canlandırdığı Teodor Tuomblinin, Yohanssonun səsləndirdiyi Samanta adlı süni zəkaya malik əməliyyat sisteminə aşiq olmasından və cütlük arasında yaşanan münasibətdən bəhs edir.

Cons 2000-ci illərin əvvəlində internetdə, süni zəkaya malik bir proqramla ani söhbət edə bilmə veb saytı haqqında məqalə oxuduqdan sonra belə bir film çəkməyi düşündüyünü bildirib. O, oxşar mövzuları əhatə edən 2010-cu il istehsalı olan "Mən buradayam" adlı qısametrajlı film çəkmiş və daha sonra bu layihə üzərində işləməyə başlamışdır. Cons filmin ssenarisinin ilk layihəsini təxminən beş aya yaradıb. Filmin çəkilişlərinə 2012-ci ilin ortalarında başlanılıb, çəkilişlər Los-AncelesŞanxay şəhərlərində aparılıb. Çəkilişlər başa çatdıqdan sonra filmin heyətinə Samantanı səsləndirmiş aktrisa Samanta Mortonun əvəzinə Skarlet Yohansson daxil edildiyindən, 2013-cü ilin avqustunda əlavə çəkilişlər aparılıb.

Filmin ilk nümayişi 12 oktyabr 2013-cü ildə Nyu-York Film Festivalında həyata keçirilib. 18 dekabrda isə “Warner Bros. Pictures” tərəfindən Amerika Birləşmiş Ştatlarında məhdud nümayiş çərçivəsində, cəmi altı kinoteatrda nümayiş olunub. Növbəti həftələrdə isə filmi göstərən kinoteatrların sayı artmış və ölkədə 17 həftə ərzində nümayiş olunmuşdur. İstehsal büdcəsi 23 milyon dollardan bir qədər çox olan film, dünya miqyasında $47,4 milyon gəlir gətirib.

Film Rotten Tomatoes-da 94%, Metacritic-də isə 100 baldan 90-nı qazanmağı bacarmış və aralarında ilin ən yaxşı filmi kimi qiymətləndirənlərin də olduğu bəzi tənqidçilər tərəfindən ilin ən yaxşı filmləri sırasında göstərilmişdir. 86-cı Oskar mükafatlarının təqdim edilməsi mərasimində film “Ən yaxşı film” kateqoriyası da daxil olmaqla ümumilikdə beş kateqoriyada mükafata namizəd göstərilmişdir. Film “Ən Yaxşı Orijinal Ssenari” nominasiyasında "Oskar"a layiq görülmüşdür. Film 71-ci Qızıl Qlobus, 66-cı Amerika Yazıçılar Gildiyası, 19-cu Tənqidçilərin Seçimi Mükafatı və 40-cı Saturn Mükafatlarında da ssenari kateqoriyasında mükafata layiq görülmüşdür. Bunlardan əlavə film, müxtəlif tədbirlərin fərqli kateqoriyalarında mükafatlar qazanmış və bir çox nominasiyalarda namizəd göstərilmişdir. Amerika Film İnstitutu bu ekran əsərini ilin ən yaxşı on filmi siyahısına daxil etmişdir.

  1. 1 2 Her (ing.). 2013.
  2. 10 Romantic films about forbidden love. 2021.
  3. http://nmhh.hu/dokumentum/166259/premierfilmek_forgalmi_adatai_2014.xlsx.
  4. http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
  5. Her. 2013.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne