OSI (Open System Interconnection) – Qarşılıqlı əlaqəli açıq sistem modeli müasir kompüter şəbəkələrinin əsasını təşkil edir. 1983-cü ildə Beynalxalq standartlaşma institutu tərəfindən yaradılmışdır. OSI modeli açıq sistemlərin qarşılıqlı əlaqələrinə xidmət edərək, sistemin müxtəlif əlaqə səviyyələrini təyin edir, onlara standart adlar verərək hər bir səviyyədə hansı funksiyanı yerinə yetirməsini göstərir.