Odisseya — Homer tərəfindən yaradıldığı güman edilən dastanlardan biridir. "İliada" dastanında bəhs olunan Troya müharibəsində Menelay və Aqamemnonun başçılığı ilə bir çox sərkərdə Troyaya qarşı birləşir. Bunlardan biri də Odisseyadır. "İliada"nın davamı kimi yazılan bu dastanda Troyadan qayıdan qəhrəmanın başına gələn macəralardan bəhs olunur. Troya əsatirlər silsiləsinin "Dönüş" hissəsindən alınan dastandır. Dastan İliadadan fərqli olaraq daha çox nağılvari üslubda yazılmışdır.