Odri Hepbern | |
---|---|
ing. Audrey Hepburn | |
Doğum tarixi | 4 may 1929[1][2][…] |
Vəfat tarixi | 20 yanvar 1993[1][2][…] (63 yaşında) |
Uşaqları | 2[3][4] |
Fəaliyyət illəri | 1948–1989 |
IMDb | ID0000030 |
Vikianbarda əlaqəli mediafayllar |
Odri Hepbern[5] (ing. Audrey Hepburn, tələffüz olunur /ˈhebən/ və ya /ˈhebə:n/ həmişə birinci hecada vurğu[6][7], doğum adı Odri Ketlin Ratson, ing. Audrey Kathleen Ruston; 4 may 1929[1][2][…] – 20 yanvar 1993[1][2][…], Toloşenaz[d], Vo kantonu[8]) — ingilis aktrisa, fotomodel, rəqqasə və humanitar fəal. Karyerası Hollivudun Qızıl Dövründə zirvəyə yüksəlmiş kino sənayesi və üslubunun məşhur simvolu. Odri Hepbern Amerika Film İnstitutu tərəfindən Amerika kinosunun üçüncü ən böyük aktrisası seçilmişdir.
Brüssel paytaxt bölgəsindəki bir kommuna olan İkseldə anadan olan Hepbern uşaqlığını və yeniyetməlik dövrünü Hollandiyada, İkinci Dünya müharibəsi əsnasında Nasist Almaniyası tərəfindən işğal edilən Arnemdə yaşayırdı. Orada balet təhsili almışdır və 1948-ci ildə Londona köçmüş və burada yerli teatrların səhnəsində rəqqasə kimi işə başlamışdır. Bir neçə Avropa filmində rol almış Odri, Brodvey istehsalında Jiji baş rol üçün onu seçən Kolettin diqqətini çəkdi. 1952-ci ildə Hepbern, Amerikan "Roma tətilləri" filmində (1953) rol aldı, buna görə Akademiya mükafatların layiq görülmüşdür (daha sonra 1955, 1960, 1962 və 1968-ci illərdə də namizəd oldu), Qızıl Qlobus və BAFTA. 1954-cü ildə Brodvey istehsalındakı Undina performansına görə Toni Mükafatını qazanmışdır (1954).