Okeanlar |
---|
Dünya okeanı |
Okean (yun. Ωκεανός, qədim yunanlarda tanrının adı, köhn. azərb. aqyanus[1]), köhnə mənbələrdə Mühit[2] — Dünyanın bir hissəsini təşkil edən, materiklər arasında yerləşən, suyun sirkulyasiya sisteminə və digər spesifik xüsusiyyətlərə malik olan böyük su obyekti. Tərkibinə okean və dənizlərin daxil olduğu Dünya Okeanının səthinin sahəsi Yer səthinin 71 %-ə yaxın hissəsini (361,900,000 km2) təşkil edir. Okeanları okeanologiya elmi öyrənir. Okeanların dibinin relyefi mürəkkəb və müxtəlifdir. Okeanın dərinliyini əvvəllər lotla ölçürdülər. Sonralar isə exolotla ölçməyə başladılar. Ən müasir cihaz isə exoqrafdır. Suda dərinliyi bərabər olan nöqtələri birləşdirən xətlərə izobat deyilir.
Dünya okeanını ən çox öyrənən 1872–1874-cü illərdə Çellencer adında ingilis gəmisi olub.
Beynəlxalq Hidroqrafiya Təşkilatının 2000-ci il qərarına əsasən 60 dərəcə cənub paralelindən Antarktikaya qədər olan sular Cənub okeanı adlandırıldı.
Dünya Okeanı 5 okeana ayrılır, bunlar Sakit okean, Atlantik okeanı, Hind okeanı, Cənub okeanı və Şimal Buzlu okeanıdır. Bunlardan ən isti sulu Hind okeanı, ən soyuq sulu isə Şimal buzlu okeanıdır.