Old Dominion Universiteti ODU | |
---|---|
ing. Old Dominion University | |
36°53′12″ şm. e. 76°18′19″ q. u.HGYO | |
Əvvəlki adları |
Norfolk Vilyam və Meri Kolleci (1930) Old Dominion Kolleci (1962) |
Şüar |
lat. Porta ad Mundos Novos[1] azərb. Yeni Dünyaya açılan qapı |
Əsası qoyulub | 1930 |
Tip | Dövlət universiteti |
Rektor | Con Broderik |
Tələbə sayı | 25000 |
Xarici tələbə sayı | 700 |
Bakalavr sayı | 19612 |
Magistrant sayı | 5058 |
Aspirant sayı | 330 |
Müəllim sayı | 1023 |
Şəhər | Norfolk, Virciniya |
Ölkə | |
Ünvan | 5115 Hempton bulvarı, Norfolk, VA 23529 |
Rənglər | |
Sayt | odu.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Old Dominion Universiteti (ing. Old Dominion University) ― ABŞ-nin Virciniya ştatının Norfolk şəhərində yerləşən dövlət universiteti.[2]
Əsası 1930-cu ildə Norfolkda Vilyam və Meri Kollecinin fəaliyyətə başlaması ilə qoyulmuşdur.[2] 1969-cu ildən etibarən bugünkü adı ilə fəaliyyət göstərən qurum Virciniya ştatının ən böyük və ən qabaqcıl ali təhsil müəssisələrindən biridir. Hazırda 8 kollec və 1 aspirantura məktəbində[3] 73 bakalavr,[4] 60 magistr[5] və 35 doktorantura[6] proqramı üzrə dünyanın 89 ölkəsindən təhsil alan 25 minə yaxın tələbəsi vardır. Əsas kampusu isə Norfolk şəhərində yerləşir.
Universitetin tədqiqat fəaliyyəti səlahiyyətli orqan olan Cənubi Kolleclər və Məktəblər Birliyi tərəfindən tənzimlənir.[7] Bundan əlavə, universitet Cənub-Şərqi Universitetlərin Araşdırma Assosasiyasının üzvü və "Kolleclər üzrə milli dəniz tədqiqatları qrant proqramı",[8] o cümlədən "Kolleclər üzrə milli kosmik tədqiqatlar qrant və təqaüd proqramı"[9] kimi ABŞ dövlət proqramlarının tərkib hissəsidir.
"Washington Monthly" jurnalının 2020-ci ildə ABŞ ali təhsil müəssisələri üzrə dərc etdiyi siyahıya görə Old Dominion Universiteti ən nüfuzlu 150 universitet arasındadır.[10] Princeton Review şirkətinin sıralamasında Old Dominion Universiteti 5 il (2016-2021) ardıcıl olaraq ABŞ-nin cənub-şərqində yerləşən ən mütərəqqi universitetlərdən biri kimi göstərilmişdir.[11] Bundan əlavə, ABŞ-nin Milli Elm Fondu, Old Dominion Universitetini "Yüksək tədqiqat fəaliyyətli" ali təhsil müəssisələri kateqoriyasına daxil etmişdir. 2018-ci ildə araşdırma prosesinə 60 milyon ABŞ dolları xərcləyən universitet, yerləşdiyi Virciniya ştatının iqtisadiyyatına hər il 2 milyard ABŞ dolları həcmində töhfə verir.[12]
Müxtəlif sahələrdə görkəmli şəxsiyyətlər yetişdirən Old Dominion Universitetinin məzunları sırasında ABŞ Hərbi Donanmasının admiralı Uilyam Yozef Fallon, ABŞ Silahlı Qüvvələrinin generalı Benyamin Qriffin, ABŞ Nümayəndələr Palatasının üzvü Telma Dreyk və ABŞ-nin Konnektikut ştatının qubernatoru Codi Rel də vardır.