Olster (ing. Ulster) — İrlandiyanın 4 tarixi əyalətindən biridir və hal-hazırda adanın şimalında 9 qraflığı özündə birləşdirir. Bu qraflıqlardan altısı — Antrim, Arma, Dau, Fermana, Londonterri və Tiron Şimali İrlandiyanın tərkibinə, qalan — Kavan, Doneqol və Monaxan isə İrlandiya Respublikasının ərazisi hesab edilir. Olsterdə 2 milyona yaxın insan yaşayır. Əyalətin ərazisi 24 481 km²-dir. Olsterin ən böyük şəhəri Belfastdır. Burada 500 000 insan yaşayır.
Əsas dili ingilis dilidir, yayılmasına görə ikinci dil isə irland dilidir.
Olsteri səhvən Şimali İrlandiyanın ərazisi kimi adlandırırlar.