Ostrakizm (q.yun. ὁ ὀστρακισμός, τὸ ὄστρακον sözündən, (yəni “kirəmit və ya saxsı parçası”) — Qədim Yunanıstanın bir sıra polislərində, o cümlədən Afinada vətəndaşın kirəmit parçaları ilə səsvermə vasitəsilə ölkədən qovulması. Geniş mənada – onu əhatə edən cəmiyyət tərəfindən fərdin nifrətlə qarşılanması, qəbul edilməməsi, ələ salınması.
Ədəbiyyatda yanlışlıqla “kirəmit məhkəməsi” kimi tərcümə edilir. Hərfi tərcüməsi saxsılamaq və ya kirəmitləməkdir.