Otokar Cobra | |
---|---|
![]() Sərhəd Qoşunlarına məxsus Otokar Cobra hərbi parad zamanı | |
Tipi | Zirehli döyüş maşını |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1997 - davam edir |
İstismara başlanması | 1997 |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
Konstruktor | Otokar |
İstehsalçı | Otokar |
Xüsusiyyətləri | |
Ağırlığı | 6200 kq |
Sürət | 115 km/s |
Əsas silah | 1 ədəd 7.62 mm və ya 12.7 mm pulemyot |
Uzunluğu | 5.23 m |
Eni | 2.22 m |
Hündürlüyü | 2.1 m |
Ekipaj | 1+8 |
![]() |
Otokar Cobra Otokarın araşdırma və inkişaf etdirmə qrupu tərəfindən silahlı qüvvələrin zirehli təkərli vasitə ehtiyacı istiqamətində ən uyğun həlli təmin etmək üzrə inkişaf etdirilmişdir.
Cobra, yaxşı bir ballistik qoruma ilə yanaşı, eyni platformanın fərqli vəzifələrə adaptiv olması ilə tanınır. Oxşar gövdə və infrastruktur üzərinə hazırlandığı üçün bir çox model və tip üçün baxım və xidmətdə böyük asanlıq təmin etməkdədir. Fərqli istifadə məqsədləri üçün çıxarılmış fərqli maşınlarlarda belə ana quruluşun eyni qalması baxım, təmir və ehtiyat hissədə də böyük qənaət təmin etməsi, Cobranı bir çox ordunun seçim etdiyi zirehli nəqliyyat vasitəsi etməkdədir.
İlk dəfə 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsində Gürcüstan Silahlı Qüvvələri tərəfindən istifadə edilmişdir.