PUBG: Battlegrounds

PUBG: Battlegrounds
Yayımlayanlar Krafton[4]
Buraxılış tarixləri 23 mart 2017, 14 dekabr 2017
Sonuncu versiya
Sonuncu beta-versiya
Janr kral döyüşü oyunu[d], üçüncü-şəxs atıcı, birinci şəxs atıcı
Texniki məlumat
Platforma Xbox One[2], PlayStation 4[3], Microsoft Windows[4], iOS, Android
Mühərrik Unreal Engine 4[d]
Oyun rejimi çoxnəfərli oyun[4]
İnterfeysin dili rus dili, ingilis dili, koreya dili, Çin dili, fransız dili, alman dili, ispan dili, ərəb dili, yapon dili, polyak dili, portuqal dili, türk dili, Tay dili, katalan dili[5], Özbək dili
Daşıyıcı rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d], PlayStation Network
İdarəetmə kompüter klaviaturası, oyun pultu[d], kompüter siçanı, geympad, sensor ekran
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

PUBG: Battlegrounds (əvvəlki adı PlayerUnknown's Battlegrounds ilə bilinir) — Cənubi Koreya videooyun şirkəti "Krafton" şirkətinin bir hissəsi olan "PUBG Studios" tərəfindən hazırlanan və nəşr olunan onlayn multipleyer döyüş oyunu. 2000-ci ilin yapon filmi "Battle Royale"-dan ilhamlanaraq yaradılmış oyunda, 100 oyunçu paraşütlə bir adaya atlayaraq müxtəlif silah və vasitələrdən istifadə edərək digər oyunçuları öldürüb həyatda qalan son oyunçu olmağa çalışır. Oyun ərazisi vaxt keçdikcə daralmağa başlayır, oyunçular xəritənin təhlükəsiz adlanan ərazisinə daxil olmağa məcbur edilirlər, həyatda qalan yeganə oyunçu və ya komanda matçın qalibi olur.

Xəritələr : Erangel,Livik,Shanok,Miramar,Vikendi,Nusa

2021-ci ilin sonuna qədər fərdi kompüterlərdə və oyun konsollarında 75 milyon nüsxədən çox satılan "PUBG: Battlegrounds", PC və Xbox One üçün ən çox satılan videooyunu, eləcə də bütün zamanların beşinci ən çox satılan videooyunudur. Oyunun mobil versiyası "PUBG Mobile" 1 milyarddan çox endirmə toplamış və 8,42 milyard ABŞ dollarından çox gəlir əldə edərək dördüncü ən yüksək gəlirli mobil oyun olmuşdur. PC və konsol oyunlarından qazandığı ümumi gəliri 4,65 milyard dollara bərabər olan "PUBG: Battlegrounds", 2022-ci ilin may ayına olan ümumi gəliri 13,07 milyard dollardır ki, bu da onu bütün zamanların ən çox gəlir gətirən videooyunlarından birinə çevirir. Oyun 12 yanvar 2022-ci ildən etibarən pulsuzdur.

"PUBG: Battlegrounds" ilk dəfə 2017-ci ilin martında Steam-in erkən giriş beta proqramı vasitəsilə Windows üçün buraxıldı, tam buraxılışı isə 2017-ci ilin dekabrında edildi. Oyun həmin ay Microsoft Studios tərəfindən Xbox One üçün Xbox Game Preview proqramı vasitəsilə buraxıldı, rəsmi olaraq 2018-ci ilin sentyabrında yayımlandı. 2018-ci ildə Android və iOS üçün pulsuz oynaya bilən mobil versiyası "PUBG Mobile" PlayStation 4 üçün portlanmış versiyası ilə birlikdə buraxıldı. Stadia üçün 2020-ci ilin aprelində, Xbox Series X/S və PlayStation 5 versiyaları isə 2020-ci ilin noyabrında buraxıldı.

"PUBG" bəzi texniki çatışmazlıqlara malik olmasına baxmayaraq tənqidçilərdən müsbət rəylər əldə etdi. Oyun "kral döyüşü" (ing. Battle Royale) janrının populyarlaşmasına səbəb oldu, və bu uğurundan sonra bir sıra qeyri-rəsmi Çin klonları da istehsal edildi. Oyun digər mükafatlar arasında bir neçə "İlin Oyunu" nominasiyaları əldə etdi.

  1. 1 2 Patch Notes - Update 30.1. 2024.
  2. https://venturebeat.com/2017/06/11/playerunknowns-battlegrounds-comes-to-xbox-one-x.
  3. https://kotaku.com/battlegrounds-producer-chang-han-kim-reportedly-told-in-1793809960.
  4. 1 2 3 Steam. 2003.
  5. https://3dnassos.cat/playerunknowns-battlegrounds-pubg-tindra-traduccio-oficial-al-catala/.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne