Paket analizator

Paket analizator (həmçinin şəbəkə analizator, protokol analizator və ya paket izləyici (sniffer) - və ya , xüsusi şəbəkə növləri üçün,  Ethernet izləyici (sniffer) və ya Naqilsiz izləyici (Wireless sniffer) - rəqəmsal şəbəkə və ya şəbəkənin bir hissəsi üzərindən keçən informasiya axınını tutaraq loqlarda saxlayan kompüter proqramı və ya kompüterin müəyyən fiziki hissəsidir. Şəbəkədə data axını varsa , izləyici (sniffer) hər bir paketi əldə edir və lazım olduqda paketi deşifrə edərək, paketdəki müxtəlif sahələrin dəyərlərini göstərir və RFC-yə və ya başqa xüsusiyyətlərə görə analiz edir.

Paket tutma (packet capture) məlumatın əldə olunması və loqlanması prosesidir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne