Avtomobil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Panel furqon — 3-5 metr uzunluğunda qapalı çərçivəli daxili boş olan nəqliyyat vasitəsinin daxilinə yükləri yerləşdirməklə daşımaq üçün istehsal edilən yüngül kommersiya avtomobilləridirlər.[1] Yarımqapalı açıq çərçivəli pikap yük maşınında yük açıq yerdə daşınarkən, bu modeldə yük qapalı anbarda olduğu kimi daxili boş olan hissədə daşınır.[2] Məqsəd malları hava şəraitindən müdafiə etmək və uzun müddət təhlükəsiz formada saxlanmasına nail olmaqdan ibarətdir. Bundan əlavə, soyuducu sistemlə soyuq saxlanması tələb olunan mallar bu formada saxlanıla bilər.[3]