Pantanal (port.pântano) — tektonik düzənlikdə yerləşən bataqlıqlaşmış ərazi. İnzibati cəhətdən böyük hissəsi Braziliya, az bir qismi Paraqvay və Boliviya ərazisində yerləşir. Paraqvay çayı hövzəsinə daxildir. Bataqlıq 150—195 min. km² arası sahəyə malikdir. Bu göstəriciyə görə dünyanın ən böyük bataqlaşmış ərazisindən biridir.[1][2][3][4][5]