"Dünyanın ən çirkin rəngi" hesab olunan Pantone 448 °C, Pantone rəng sisteminə daxil olan rənglərdən biridir. "Cansıxıcı tünd qəhvəyi" olaraq xarakterizə edilən bu rəng bazar araşdırmaçıları tərəfindən ən az cəlbedici rəng kimi təqdim edildikdən sonra 2012-ci ildə Avstraliyada sadə tütün qablaşdırmasının rəngi olaraq da seçildi.[1][2][3][4]
Avstraliya Səhiyyə Nazirliyi əvvəlcə rəngi "zeytun yaşılı" adlandırdı, lakin Avstraliya Zeytun Assosiasiyası tərəfindən narahatlıqları ifadə edildikdən sonra adı dəyişdirildi. Belə ki, Avstraliya Zeytun Assosiasiyası Səhiyyə Naziri Nikola Roksona məktub yazaraq, zeytun markasının ləkələdiyi üçün bu termini dayandırmağı tələb edir.
GfK Bluemoon tərəfindən hazırlanan hesabata görə, 16–64 yaşları arasındakı 1000-dən artıq daimi siqaret istifadə edən şəxslərin iştirakı ilə reallaşan və 7 araşdırma prossesindən keçən tədqiqatdan sonra həmin rəng ən az cəlb edici rəng kimi siqaret qablaşdırmalarında istifadə olunmasına təsdiq aldı.[5]
Belçikadan istifadə edilmiş adi bir siqaret paketi
Lakin məşhur marketinq agentliyi Braftonun qrafik dizayneri Bredli Deveru, hər hansı bir rəngin çirkin rəng kimi qəbul edilməsi ilə razı deyil. Illustratoru açaraq GfK və dünyanın yanıldığını sübut edə bilərəm deyə bildirdi. Tək bir rəngi belə mühakimə edə bilməzsən, hər rəng qrafik dizayn, marketinq, və incəsənətdə bərabər potensiala malikdir deyə əlavə etdi.[11]