Paresteziya — dəridə hiss edilən və açıq-aydın uzunmüddətli təsiri olmayan sızıltı, qaşınma, uyuşma, sancma və ya yanma hissidir.[1] Narahat ayaqlar kimi sindromlar zamanı sızıltı, uyuşma, yanma, qaşınma və ağrı kimi hisslər eyni vaxtda baş verə bilər.[2] Bu söz yunan dilində olan para ("anormal") və aistesia ("hiss") sözlərinin birləşməsindən əmələ gəlmişdir.[3] Dəridə olan hissləri onurğa beyni vasitəsilə ötürən periferik həssas sinirlərdə və ya trigeminal sinir yollarındakı hər hansısa bir pozğunluq paresteziyanın yaranmasına səbəb ola bilər.[4][5]